Haqqımızda

Ülvi Aslanov

2015-ci ildən gələcəyə…

Code Academy gələcək innovasiyaları bu gündən duyub qlobal iş imkanlarına uyğun mütəxəssislər hazırlayan tədris müəssisəsidir.

Əlövsət Müslümov

#GələcəkBurada

Qeyd olunan heşteqi akademiyamızın mottosuna çevirdik.

Hər kəsə gələcəyə keçidin buradan olduğunu bildirdik.

8000+

Bu günə qədər yetişdirdiyimiz tələbələrimiz Code Academy ailəsinin bir parçasına çevrilib.

Code Academy-də tədris alan hər bir tələbə sahə üzrə bilik və bacarıqlarını inkişaf etdirməklə yanaşı, eyni zamanda bu sahənin peşəkarları ilə eyni mühitdə olmaq imkanı qazanacaq, 8000 nəfərdən çox tələbəsi olan Code Academy ailəsinin bir parçasına çevriləcək

Bizim dəyərlərimiz

İnam

İşimizə və bir-birimizə qarşı inamın formalaşması üçün yüksək mənəvi prinsiplərlə davranırıq.

İnnovasiya

Qlobal innovasiyaları izləyir, məhsullarımızı təkmilləşdirərək müştərilərimizə xidmət göstəririk.

İndividuallıq

Özünəməxsus proqramlarımız, xidmətimiz və yanaşmamızla sektorda digərlərindən fərqlənirik.

İnkişaf

Əməkdaşlarımızın və məhsullarımızın daimi inkişafını hər zaman təmin edirik.

İnsanlıq

Gələcəyini formalaşdırmaq istəyən və şəxsi inkişafa can atan hər kəsi tələbəmiz olaraq görürük.

FAQ

  • Ümumi
  • Akademiya
  • Qəbul
  • Qiymət və ödəniş

Code Academy nə ilə məşğuldur?

Sual kopyalandı minus

2015-ci ildə fəaliyyətə başlayan Code Academy yüksək texnologiyalar sahəsində təcrübəli mütəxəssislər hazırlayan tədris müəssisəsidir. Code Academy-nin məqsədi Azərbaycanda bu sahədə karyera qurmaq istəyənlərin potensialını dəyərləndirmək, fərdi və peşəkar inkişafı üçün onları lazımi məlumatlarla və praktiki vərdişlərlə təmin etməkdir.

Harada yerləşir?

Sual kopyalandı minus

Code Academy şəhərin mərkəzində, gediş-gəliş üçün ictimai nəqliyyat imkanlarının əlverişli olduğu bir məkanda, Nizami küçəsi 203B, AF Business House-un 2-ci mərtəbəsində yerləşir.

Hansı tədris proqramları mövcuddur?

Sual kopyalandı minus

Code Academy 8 tədris proqramı mövcuddur. Full stack back-end, Full stack front-end, Qrafik Dizayn və Vizual Kommunikasiyalar, UX/UI Dizayn, Digital Memarlıq və 3D, 2D Motion Dizayn, Digital Marketing və Kiber Təhlükəsizlik.

Online tədrislər olur?

Sual kopyalandı minus

Bəli, Code Academy daxilində Digital Marketing, Full stack back-end, Full stack front-end və Digital Memarlıq və 3D tədris proqramları üzrə online tədris keçirilir. Tələbələr başlayacaq qruplara online formada sinifdaxili tələbələr ilə birlikdə dərsdə canlı şəkildə iştirak edirlər. Online qoşulan tələbələr tədris proqramının tərkib hissəsi olan ev tapşırıqları, quiz və test, kiçik və buraxılış layihələrini təhvil verib Code Academy-dən məzun ola bilərlər.

Dərs zamanı öz kompüterim olmalıdır?

Sual kopyalandı minus

Tədris zamanı mövzuların praktiki tətbiqinin dərhal həyata keçirilməsi üçün hər bir tələbə sinifdaxili kompüterlərlə təmin olunur.

Rus dilində dərslər var?

Sual kopyalandı minus

Akademiyada dərslər Azərbaycan dilində keçirilir.

Proqram ödənişlidir?

Sual kopyalandı minus

Bu proqramda iştirak edən 60 nəfərin hər biri 70% təqaüd əldə edəcək.

Qeydiyyat neçə yaşdan aparılır?

Sual kopyalandı minus

Akademiyamızda qeydiyyat 15 yaşdan etibarən aparılır və tədris proqramlarından asılı olaraq dəyişir.

Qeydiyyat üçün nə zaman yaxınlaşa bilərəm?

Sual kopyalandı minus

Proqram məsləhətçiləri ilə danışdıqdan sonra, sizin üçün uyğun olan qrupa qeydiyyat aparılır. Dərslərin başlama tarixi isə akademiya tərəfindən müəyyən edilir.

Ali təhsilə ehtiyac var?

Sual kopyalandı minus

Code Academy-də təhsil almaq üçün ali təhsil vacib deyil. Tədris proqramına qatılan tələbələrin gələcəkdə mütəxəssis olmaq üçün istəkli olmaları kifayətdir.

İngilis dili vacibdir?

Sual kopyalandı minus

Full stack back-end, Full stack front-end, Digital Marketinq və Kiber Təhlükəsizlik tədris proqramları üçün ingilis dili biliyi vacibdir. Akademiya daxilində yalnız qeydiyyatdan keçən tələbələrimiz üçün yaradılan ingilis dili tədrisi ilə baza bilik çatışmazlığı təhsilin ilk aylarında aradan qaldırılır.

Tədris ödənişlidir?

Sual kopyalandı minus

Code Academy ödənişli xidmət göstərən bir tədris mərkəzidir. Tədris proqramının qiyməti tələbənin seçəcəyi ödəmə üsuluna, ödəmə şəklinə, seans seçiminə əsasən müəyyənləşdiyi üçün bu məlumatı proqram məsləhətçilərimiz görüş zamanı təqdim edir.

Niyə qiymət görüş zamanı deyilir?

Sual kopyalandı minus

Qiymət cədvəli ilə tanış olmaq üçün akademiyaya yaxınlaşaraq proqram məsləhətçiləri ilə görüşmək mümkündür. Görüş zamanı akademiyada dərslərin keçirilmə şəraiti, instruktorlar, təhsil modeli, kurrikulum, akademiyanın maddi texniki bazası və ümumi atmosferi ilə tanış ola biləcəksən. Yalnız bundan sonra namizəd bizimlə davam etmək istəyərsə qiyməti elan edirik və ona uyğun müvafiq ödəniş planını seçərək qeydiyyatdan keçir.

Zəmanət verilir?

Sual kopyalandı minus

Code Academy-nin Zəmanətli Təhsil Modeli ilə hər bir tələbəyə təhsilini təkrarlama imkanı verilir. 90% dərslərdə iştirak etməsinə baxmayaraq, tədrisi yetərincə mənimsəmədiyini düşünən məzunların təkrar təhsil alma hüququ var. İlk dəfə Code Academy-də tətbiq olunan bu sistem özünə tam inanan və sektorun tələblərinə hazır peşəkarlar yetişdirir.

Hansı ödəniş formaları mövcuddur?

Sual kopyalandı minus

Ödənişi hissəli və ya birbaşa şəkildə etmək mümkündür. Hissəli ödəniş 6-10 aylıq ödəmə şəklindədir. Qiymət seçdiyiniz ödəniş formasına görə müəyyənləşir. Həmçinin, BirBank kartın varsa tədris proqramlarını aylara bölərək də ödənişi həyata keçirə bilərsən.

Akademik partnyorlar

8000-dən çox insan gələcəyə buradan keçir. Texnologiya nəhəngləri ilə partnyorluq edir, gələcəyə keçidi akademikləşdiririk.